Baş mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 23.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş mühasib (Netsis proqramından sərbəst istifadə)

Vəzifə öhdəlikləri:

- Əsas vəsaitlərin,hazır məhsulun,mal-material qiymətlilərinin,xüsusi kapitalın,cəlb edilmiş vəsaitlərin,debitor və kreditorla,əməyin ödənilməsi üzrə işçi heyətilə,vergilər və digər icbari ödənişlər üzrə dövlət büdcəsi və büdcədənkənar fondlarla,səhmdarlar və törəmə şirkətlərlə hesablaşmaların uçotunun təşkili;
- Kassa,bank əməliyytlarının aparılmasını,inventarizasiyaların,debitor və kreditorlarla hesablaşmaların üzləşdirilməsinin keçirilməsinin və nəticələrinin rəsmiləşdirilməsinin təşkili;
- müəssisədə tətbiq olunan ilkin sənədlərin (analitik və sintetik üçot registrləri,elektron vergi hesab fakturaları, elektron qayimə fakturaların,yük-gömrük bəyannamələri və s.) tərtib edilməsi və bununla bağlı sənəd dövriyyəsinin təmin edilməsi;
- maliyyə (mühasibat) hesabatlarının tərtib edilməsi, hesabat və bəyannamələrin tərtib edilərək müvafiq dövlət orqanlarına vaxtında göndərilməsi;
- müəssisədə maliyyə intizamına və qənaət rejiminə əməl edilməsinin təmin edilməsi;
- “Mühasibat üçotu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər funksiyaların yerinə yetirilməsi.

Dil biliyi: Rus dili (ingilis dili arzuolunandır)
Təhsil: Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
Təcrübə: Satış və istehsal sahəsində ən azı 5 il baş mühasib olaraq iş təcrübəsi
Komputer bilikləri: Excel, e-gov,e-taxes və digər portallardan sərbəst istifadə etmək bacarığı
Netsis proqramında sərbəst işləmək bacarığı
Analitik düşüncə, təhlil etmək bacarığı, yaxşı səviyyədə riyazi hesablamalar aparmaq vərdişi, məsuliyyətlilik, etibarlılıq, operativlik və dəqiqlik xüsusiyyətlərə sahib olmalı
Vergi və Əmək Qanunvericiliyi haqqında məlumatlı olmalı
F3, F7 sertifikatları, DipİFR sahib olmaq arzuolunandır

İş şərtləri: Şirkət tərəfindən nahar verilir.
İş qrafiki: I-V günlər 09:00-18:00 dək

Əmək haqqı: Müsahibə əsasında

Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.