Hüquqşünas

  • Avrora
  • Elanın qoyulma tarixi: 22.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Hüquqşünas” vəzifəsi üzrə vakansiyanı açıq elan edir!

Vəzifə öhdəlikləri:

Şirkətin Məhkəmədə təmsil edilməsi və irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s. )hazırlanması;
Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin təqib edilməsi;
Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək və hüquqi tədqiqatın aparılması;
Qanuni qüvəyyə minmiş Məhkəmə qərarlarını icraya yönəltmək və Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra edilməsi;
İnzibati və Vergi işləri ilə məşğul olunması;
Mübahisələr ilə bağlı Məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
Cinayət işi materiallarının hazırlanması.

Tələblər:

Ali təhsil (Hüquq sahəsində);
Yaş həddi : 25-40;
Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Dil biliyi : Azərbaycan dili (mükəmməl), Rus dili (orta səviyyədə);
Ofis proqramlarından sərbəst istifadə bacarığı;
Hüquqi nitq və yazışma qabiliyyəti;
İş ilə bağlı ezamiyyətlərə getməkdə çətinliyi olmamalı.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 09:00-18:00;
Tibbi Sığorta ilə təminat;
Şirkət hesabına nahar.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi