Mütəxəssis (Sosial media üzrə)

İşin təsviri

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Mütəxəssis (Sosial media üzrə)

Şöbə: Marketinq və tədbirlər

Vəzifə öhdəlikləri:

• Sosial media hesablarının (Facebook, Instagram, Twitter, LinkedIn, YouTube) peşəkar şəkildə idarə olunması;
• Sosial şəbəkələrdən daxil olan sorğuların dəqiq və dolğun şəkildə cavablandırılması;
• Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması;
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
• Kreativ mətnlərin və postların hazırlanması;
• Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
• Sosial mediada izləyici sayını artıracaq təkliflərin verilməsi;
• Sosial platformalardan daxil olan müraciətlərin cavablandırılması;
• Daxil olan müraciətlərin təhlili əsasında həftəlik və aylıq hesabatların hazırlanması;
• Rəsmi internet saytının Google AdWords vasitəsilə düzgün hədəf qrupuna uyğun demoqrafik seçimlər, ərazi və s. kimi bölgülərə əsasən reklam edilməsi;
• Agentliyin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsi, həftəlik və aylıq hesabatlar hazırlanması.

Vəzifə üçün tələblər:

• Ali təhsilli;
• Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını bilməsi, ingilis və rus dilləri üzrə dil bilikləri arzuolunandır;
• Kreativ düşüncə, analiz etmə və araşdırma qabiliyyəti;
• Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator, CorelDraw, Facebook Ads, Google Ads);
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini 21 fevral 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.