Vəzifə: Anbardar
İşin təsviri:
Anbardara aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkil edir;
Anbar raportlarının vaxtlı-vaxtında Mühasibə çatdırılmasını təmin etmək;
Anbardan mal materialın çıxışı və qeydiyyatına,mal-materiaların təsnifatı, sənədləşmənin aparılmasına və mühafizəsinin təşkil edilməsinə nəzarət edir;
Məhsulları və materialları daşıma və nəql etmək üçün ləvazimatların idarə olunması, yüklənilməsi, boşaldılması və nəql olunması təmin edir;
Məhsulları xüsusiyyətlərinə müvafiq olaraq anbarda saxlanılmasını, xammalı və emal üçün müxtəlif komponentləri nəql etməsini, anbarda saxlanması təmin edir.
Anbarda statistik məlumatlar toplayır və toplanmış statistik nəticələrə dair hesabatlar hazırlayır;
Anbara gələn mal materialların giriş çıxış aktlarını hazırlamalıdır, həmin aktlara əsasən anbarda qalan və anbardan çıxan mal materiala nəzarəti etməlidir;
Anbardar mal-materialların və xammalların xarab olması və itkilərin qarşısını alınması və mühafizə olunması ilə əlaqədər lazımı tədbirlər görür;
Anbara daxil olmuş qüsurlu mal-materilallar üçün xüsusi yer ayırmasını və həmin mal materialın mühaizəsini təmin edir;
İş ərazisinin və istifadə olunan ləvazimatların təmizliyi və normal fəaliyyət üçün lazımi səviyyədə saxlanılması, konteynerlərin, yeşiklərin və bağlamaların hazırlanmasını işini təşkil edir;
Tələblər:
Ali təhsil.
Rus və İngilis dili biliyi
Müvafiq sahə üzrə iş təcrübəsi:2-3 il
Microsoft Office proqramları;1 C proqramı
İş yeri : Qala (nəqliyyat xidməti mövcuddur)
Maraqlanan namizədlər mövzu yerində “Anbardar” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.