Qaynaqçı

  • Metak
  • Elanın qoyulma tarixi: 16.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 850 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Qaynaqçı

Namizədə tələblər:

• Orta-texniki təhsili;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• İşə məsuliyyət, təmkinli davranış.

Bilməlidir:

• Elektrik qaynaq avtomat və yarım avtomatların, tutqacın oksigen və qaz balonlarının, reduktor priborunun, qaz qaynağı və kəsən aparatların, qaz generatorların quruluşunu və iş prinsipini;
• Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını;
• Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini;
• Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını;
• Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü.

İş barədə məlumat:

• Elektrik və qaz qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək.
• Elektrik və qaz qaynağı işlərini həyata keçirir və görülən işin keyfiyyətinə nəzarət etmək.
• Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
• Əmək haqqı danışıq əsasında

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=21 və ya [email protected] ünvanına CV göndərərək, 17.02.2020 – ci, il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.