Ehtiyyat Hissələr Menecerinin Köməkçisi

İşin təsviri

Scandinavian Auto QSC “Ehtiyyat Hissələr Menecerinin Köməkçisi” vakansiyası elan edir.

Namizədə verilən tələblər:

- Təhsil - Ali
- Yaş – 25-35
- Səlis Azərbaycan dilin, Rus dilini bilməsi və ingilis dili bilməsi
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı

İş haqqında məlumat:

- Avtomobil və digər texnika üzrə ehtiyyat hissələrinin sifarişi, alınması və satışının təşkili ;
- Anbar haqqında məlumatlı olmaq və ehtiyyat hissələrin anbara daxil edilməsi və çıxarılmasına nəzarət;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Sürücülük vəsiqəsinin olması vacibdir
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək

- İş qrafiki - 10.00 - 19.00 (6 gün)

Əmək haqqı – 600 AZN

Ünvan : Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 40B

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ehtiyyat Hissələri Menecerinin Köməkçisi” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

Scandinavian Auto QSC tərəfindən digər vakansiyalar