Baş Mühəndis ( Zavod layihəsi üzrə )

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 14.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Türkan Qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Baş Mühəndis ( Zavod layihəsi üzrə )

Vəzifə öhdəlikləri

• Tikinti sahəsində podratçı şirkətin inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Mexanika işləri üzrə podratçının işinin keyfiyyətinə nəzarət etmək
• Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələrlə bağlı hesabat hazırlamaq
• İstehsalat prosesinin texniki dəstəyini təşkil etmək , avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək
• Yanğına qarşı qaydalara, normalara və təhlükəsizlik qaydaların tələblərinə, əməyin qorunmasına, sanitar normalara və istehsalatda intizam qaydalarına riayət etməsinə nəzarət edir.

Tələblər

• Təhsil : Ali (Texniki sahələr üzrə)
• Təcrübə: Minimum 10 il (Müvafiq sahədə 5 il - İstehsalat üzrə )
• Sertifikatlar:
• Dil bilikləri: Azərbaycan Dili , İngilis dili
• İT üzrə biliklər: MS Office , Auto Cad ( üstünlükdür)

Texniki Bacarıqlar

• Qazanxana, Soyutma sistemləri, Çillerlər, Havalandırma sistemləri, Kompressorlar, Transformator və Generatorlar istismarı üzrə biliklər
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilməli
• İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlaması üzrə bacarıqlar
• Zavodun daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları
• Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı.

Səriştəlik

• Təşəbbüskarlıq və məsuliyyətlilik
• İntizamlılıq və nəticəyə köklənmə
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Problemlərin həllində proaktiv davranmaq
• Liderlik və Təşkilatçılıq
• Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə ,
• Düzgünlük və dəqiqlik
• Yüksək idarəetmə bacarıqları

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi