Mühəndis - mexanik

İşin təsviri

Mühəndis - mexanik

Funksiyaları

 İnşaat maşın və mexanizmlərinin istismar prosesində istifadəsinə, texniki vəziyyətinə və onlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir.
 Sahəyə məxsus inşaat maşın və mexanizmlərinin təmiri və texniki xidməti üzrə işə rəhbərlik edir.
 Bu maşın və mexanizmlərə vaxtaşırı baxış və sınaq keçirilməsini təşkil edir.
 Onların texniki xidmət və sınaq keçirilməsini təşkil edir. Onların texiki xidmət və təmirləinin planlaşdırılmasında iştirak edir.
 İnşaat maşınlarının işiin uçotunu təşkil edir və onların istifadəsi üzrə hesabat sənədlərii tərtib edir.
 Maşın və mexanizmləri təmirə verir. Təmirin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Yeni maşınları qəbul edir və onları texiki müayinədən keçirir. İstismar etmə müddətinə və digər səbəblərəörə, sıradan çıxmış maşın və mexanizmlərin silinməsi üçün lazımi sənədləri hazırlayır.
 Qış şəraitində işləmək üçün inşaat maşın və mexanizmlərinin hazırlığı üzrə tədbirlər görür. Sahədə olan inşaat maşınlarının pasportlaşdırılması və uoçtunu (mövcud, daxil olan, yerdəyişən) aparır.
 Özü hərəkət etməyən və ya aşağı sürətdə hərəkət edən maşın və mexanizmlərin quraşdırma, sökülmə, nəql edilməsi üzrə işə rəhbərlik edir.
 Baş podrat ümumtikinti təşkilatlarında tikinti obyektləri üçün metal konstruksiyalarının quraşdırılması, meal məmulatlaının hazırlanması və obyektlərin elektrik, istilik və su təchizatı üzrə işlərinə rəhbərlik edir.
 Sahədə olan inşaat maşın, mexanizmlər, qaldırıcı qurğu, cihazlar, elektrik avadanlığı, qazqaynaq aparatları, təzyiq altında işləyən qabların, quraşdırma, sökülmə, istismar və təmiri zamanı təhlükəsizlik texnikasıın qaydalarının yerinə yetirilməsini, habelə oların saz olması və müntəzəm yoxlanmasını təmir edir.
 Texniki ləvazimatın saz olmasına nəzarət edir, Sahəyə məxsus maşın və mexanizmləri, avadanlıqlar, asma nənnilərin və digər qurğuların sınaqdan keçirilməsini təşkil edir. Kiçik mexanizasiya vasitələri, mexanikləşdirilmiş və əl ilə görülən işərdə istifadə olunan alətlərin, tikinti ləvazimatının düzgün istismarını təmin edir; səyyar alət-paylayıcı stansiya (SPAS) və alət-paypayıcı anbarlarını (APA) alət və avadanlıqlarla komplektləşdirir, onların istismar, təmir və uçotunu təşkil edir.
 İnşaat maşın və mexanizmlərinə xidmət edən sahə fəhlələrini təhüksəizlik iş metod və üsulları üzrə təlimatlandırır və öyrədir.
 İş yerlərini əməyin mühafizəsi üzrə xəbərdaredici yazı, plakat və təlimatlarla təmin edir.
 Baş vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
 Əl və mexanikləşdirilmiş alət və kiçik mexanikləşdirmə vasitələri materiallar, ehiyat hissələri, yığma hissələr, komplektləşdirici məmulatların alınması üçün sifaişləri tərtib edir, onların isifadəsinə nəzarət edir və onların işlədilməsi üzrə uçt və hesabat sənədlərini aparır.
 Tikiti meydançasında v təmir-quraşdırma emalatxanalarında fəhlə-mexanizatorlara rəhbərlik edir.
Məsuliyyəti Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və lokal korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Vəzifəyə olan tələblər

 Təhsil: Ali xtisas təhsili.
 Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
 Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Bilməlidir

 Maşın və mexanizmlərinin təmiri və xidmət göstərilməsinin təşkili üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
 inşaat maşın və mexanizmlərinin üzrə texniki xarakteristikasını; konstruktiv xüsusiyyətlərini. təyinatını və iş rejimini, onların texniki istismar qaydalarını;
 təmir işlərinin Texnologiya və təşkilini: avadanlığı quraşdırma. nizamlama və sazlama metodlarını;
 tikinti istehsalatının texnologiyasının əsaslarını; iqtisadiyyatın, istehsalın təşkilinin əməyin, idarəetmənin əsaslarını;
 əmək qanunvericiliyinin əsaslarını;
 əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Namizədlər cv-ləri [email protected] email ünvanına mövzuya vəzifənin adını yazılmaqla göndərə bilər.