Daxili Auditor

  • Italdizain Group
  • Elanın qoyulma tarixi: 08.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Daxili Auditor/İnternal Audit

Vəzifəyə aid olan tələblər:

• Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
• Auditor sahəsində ən azı 3 illik təcrübəyə malik olmaq;
• Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
• Əla yazılı və şifahi nitqə malik olmaq;
• Excel proqramını yüksək səviyyədə bilməli;
• 1C 7.7-8.2 və ya başqa mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
• Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
• Əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı;
• Təşəbbüskarlıq, məsuliyyət, məsələyə hər tərəfli yanaşma və yenilikləri qəbul etmək bacarığı;
• Azərbaycan dilini səlis bilmək, ingilis və rus dilini yaxşı bilmək

Vəzifə öhdəlikləri:

• Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkil edilməsi;
• Maliyyə şöbəsində olan bütün struktur bölmələrin və ayrı-ayrı əməkdaşların icra etdiyi əməliyytların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə risk əsaslı daxili nəzarətin təşkili, mütamadi olaraq yoxlamaların aparılmasını təmin etmək;
• Maliyyə şöbəsinin əməkdaşıları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlaının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqların və ya saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
• Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
• Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
• Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
• Müvafiq Audit iş planına əsasən yoxlamaların aparılması əsasında hazırlanmış hesabatların Maliyyə Direktoru və şirkətin rəhbərliyi ilə müzakirənin təşkili və tövsiyələrin verilməsi;
• Maliyyə şöbəsinin və maliyyə şöbəsi ilə işləyən digər şöbələrin əməkdaşları tərəfindən normativ aktlar, qanunvericilik və daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək;
• Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını yoxlamaq və təhlil etmək;
• Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq və təhlil etmək;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Vergi ödənişlərinə nəzarət etmək, vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
• Yeni şirkətdaxili siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək.

E - mail : [email protected]