Məlumat xidməti / Reception - Regionlar

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 07.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Ağcabədi, Astara, Ağsu, Göyçay, Goranboy, İmişli, Naftalan, Yardımlı, Şəmkir, Saatlı və Qaradağ filialları

Öhdəliklər :

• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;

Tələblər :

• Ali təhsil
• Səbirli, təmkinli, təzyiqə davamlı
• Ünsiyyətqurma və izahetmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
• MS Office proqramları üzrə biliklər
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception – Goranboy" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi