Hüquqşünas

İşin təsviri

Vəzifə: Hüquqşünas

Namizədə tələblər

• Hüquq üzrə bakalavr dərəcəsi; (Magistratura təhsili üstünlükdür)
• MS Office proqramlarını yaxşı bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Yaş: 25-40;
• Müvafiq sahədə minimum 4-5 il iş təcrübəsi;
• Vəzifə öhdəliyi ilə bağlı qanunvericiliyi mükkəməl bilmək;
• Kollektivlə işləmə bacarığı;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Vəzifə öhdəlikləri:

• Hüquqi xarakterli sənədlərin hazırlanması;
• Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

İş qrafiki:

• Beşgünlük iş qrafiki; iş saatları 09:00 – 18:00;
• Nahar və korporativ nömrə şirkət tərəfindən verilir;
• Servis şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı müsahibə əsasında təyin ediləcək;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "hüquqşünas" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi