Xadimə

  • Metak
  • Elanın qoyulma tarixi: 23.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Xadimə

İşin təsviri:

• İnzibati binalarda yerləşən xidməti otaqları, dəhlizləri, pilləkənləri, sanitar qovşaqları və s. yığışdırmaq;
• Müvafiq avadanlıqlar, kimyəvi preparatlar və təmizləyici üsullardan istifadə etməklə səthləri təmizləmək;
• Otaqlar, dəhliz, mətbəx, pəncərə, paltar saxlanan yerlər və digər iş ərazilərini gigiyena standartlarına uyğun olaraq təmizləmək;
• Bütün işləri texniki tələblərə uyğun olaraq yerinə yetirmək.

Tələblər:

• Orta təhsil;
• Yaş həddi: 35 – 50 yaş;
• 1-3 il iş təcrübəsi;
• Fiziki sağlam;
• Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalı.

İş şəraiti:

• Növbəli iş rejimi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=36 və ya [email protected] ünvanına CV göndərərək 24.01.2020 – cu il tarixinə kimi müraciət edə bilərlər.