Mühasib

İşin təsviri

Bakıda fəaliyyətə başlayacaq Estetik Klinikaya Mühasib axtarılır.

Tələblər

• Uyğun sahədə iş təcrübəsi 5 il
• Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, (ingilis dili üstünlükdür)
- Ali təhsil,
- İnsan resursları sahəsində 1-2 il iş təcrübəsi,
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s. 1C proqramlarında sərbəst işləmə bacarığı;).
- Komandada işləmək bacarığı.

İş haqqında məlumat:

- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Yerli və xarici ödənişlərin həyata keçirilməsi (internet bankçılıq və ya ödəniş tapşırığı vasitəsilə)
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Kassa əməliyyatlarının həyata keçirilməsi- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması,
- Məzuniyyət qrafiklərinin, məzuniyyət, ezamiyyə əmrlərinin tərtib edilməsi,
- İşçilərin icbari sığortası və aylıq yenilənmələrin aparılması,
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması,
- İşçilərin davamiyyət uçotunu aparılması,
- İşçilər barədə məlumat bazasına yenilik və dəyişikliklərin daxil edilməsi.

İş şəraiti

6 günlük iş həftəsi
Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.

Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə üçün telefon : 0774444365 11:00-18:00 dək.

Dünya Estetik Klinikası tərəfindən digər vakansiyalar