Əməliyyatlar üzrə menecer

  • AT-Geotech MMC
  • Elanın qoyulma tarixi: 11.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz regional geoloji mühəndislik və layihə idarəetmə fəaliyyəti ilə məşğuldur. Biz laboratoriya təhlili və sınaqları, tikinti və quraşdırma işləri, geoloji qazma və kəşfiyyat, geofiziki, xəritəçəkmə və tədqiqat işləri də daxil olmaqla geniş geotexniki tədqiqat işlərinin aparılması sahəsi üzrə ixtisaslaşmışıq. Şirkətimiz və mədəniyyətimiz illər boyu liderlik və əsas dəyərlərimizdən olan təhlükəsizlik, keyfiyyət və işgüzar etika əsasında qurulub.

AT_GEOTECH MMC namizədləri “Əməliyyatlar üzrə menecer” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Əməliyyatlar üzrə menecer

Vəzifə öhdəlikləri:

• Çöl geoloji-kəşfiyyat əməliyyatları üzrə icra edilən işlərin koordinasiyası, idarə olunması, proseslərə nəzarət edilməsi;
• Səmərəliliyin artırılması və iş prosesinin sürətləndirilməsi üçün biznes fəaliyyətinin yaxşılaşdırılması üzrə təkliflər irəli sürmək;
• Əməliyyatlar şöbəsinin sənədlərinin düzgün qaydada doldurulmasını təmin etmək;
• Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
• Şirkətin əsas fəaliyyəti ilə əlaqədar layihələrə göndərilən və ya qəbul edilən müraciətlərin vaxtında və hərtərəfli cavablandırılması;
• Müştərilərdən daxil olan suallarla bağlı mütəmadi təhlillərin aparılması, aidiyyəti struktur bölmələrdən tələb olunan məlumatların toplanması, fəaliyyət sahəsi üzrə müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsinin təmin edilməsi və bu barədə müştəriyə hesabatın təqdim edilməsi;
• Şirkətin çöl geoloji-kəşfiyyat əməliyyatları üzrə nümayəndələrinin səmərəliliyinin artırılması üçün fəaliyyətin təşkili, effektiv iş bölgüsünün aparılması, onların koordinasiyası və təlimatlandırılması;
• Şöbədaxili əməkdaşların fəaliyyətinə və verilmiş tapşırıqların icrasına nəzarət edilməsi;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması, hesabatların hazırlanması və əməliyyatlar üzrə direktora təqdim edilməsi
• Əməliyyatlar üzrə direktorun qərar, əmr və göstərişlərinin vaxtında və düzgün icra edilməsinə, şöbənin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Zərurət olduqda fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Şirkətin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Tələblər:

• Rəhbər və idarəetmə vəzifəsi üzrə 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
• Komanda daxilində işləmək bacarığı;
• Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Azərbaycan və İngilis dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları (Rus dili arzuediləndir);
• İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
• Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.
• Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
• Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

İş şəraiti:

• 6 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00, şənbə yarım gün
• Korporativ nömrə və danışıq limiti
• Ofis Xırdalanda yerləşir

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində “Əməliyyatlar üzrə menecer” qeyd etməklə göndərə bilərlər.