Elektrik

İşin təsviri

“Abşeron Logistika” MMC “Elektrik” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
• Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
• İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
• Yüksək gərginlik avadanlığında işləmə bacarığı;
• İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması;
• Elektrik problemlərinin yaranma səbəblərini aşkar etmək;
• Həftəlik görülən işlər barədə hesabatların təqdim edilməsi.

Namizədə tələblər

• Müvafiq sahədə ali təhsil
• Elektrik işləri sahəsində azı 3 il iş təcrübəsi
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
• Elektrik sxemlərini oxumaq bacarığı olmalı.
• Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
• Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi.
• Yaş həddi: 25 – 40
• Cinsi: Kişi
• Operativlik, dəqiqlik, məsuliyyət
• Məsuliyyətli, operativ, punktual,daim öz üzərində çalışan.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.