Kredit mütəxəssisi

İşin təsviri

"Kredit mütəxəssisi" vəzifəsi üzrə vakant yerlərə xanım və bəy namizədlər işə dəvət olunur.

Vəzifə Öhdəlikləri

- Kredit sifarişlərinin qəbulu və təhlil edilməsi;
- Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi;
- Geri ödənişlərin normal axınının təmin edilməsi;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə Tələblər

- Yaş həddi: 21-30;
- Təhsil: Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
- İş təcrübəsi: Kredit sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və rus dili sərbəst, ingilis dili arzu olunandır;
- Kompüter bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilmək;
- Bacarıqlar: Analitik düşünmə, təşəbbüskarlıq, dəqiqlik, komandada işləmək qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.

Tələblərə cavab verən şəxslər şəkilli CV- lərini [email protected] elektron ünvanına göndərə bilərlər.