İctimaiyyətlə əlaqələr şöbəsinin Mütəxəssisi

İşin təsviri

Şirkət: International Logistics Company

Vəzifə: İctimaiyyətlə əlaqələr şöbəsinin Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Elektron media və yazılı mətbuat üçün məqalələrin hazırlanması;
• Tədbirlərin təşkili (press-konfranslar, dəyirmi masa, müsahibələr, brifinqlər və s.)
• Qurumlarla rəsmi yazışmaların həyata keçirilməsi;
• PR hadisələrinin işlənməsi və keçirilməsində iştirak edilməsi, təkliflərin hazırlanması
• Şirkət haqqında müxtəlif çap, reklam məhsullarının hazırlanmasında iştirak etmək və yaymaq;

Vəzifəyə tələblər:

• Ali təhsil
• Azərbaycan, rus və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
• MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Məsuliyyətlilik, operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Kreativ düşünmə qabiliyyəti

İş barədə məlumat:

• İş qrafiki: I-V günlər, 09:00-18:00
• İş yeri: Baku, Xətai Plaza
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Rəqabətqabiliyyətli əmək haqqı

Xahiş olunur CV-lərinizi 09 Yanvar 2019-cu il tarixinədək e-poçtun “subject” hissəsində “PR Specialist” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.