1C üzrə Administrator

  • Aztrade
  • Elanın qoyulma tarixi: 08.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1C üzrə Administrator

Aztrade MMC 2007 –ci ildən etibarən Mondelez İnt., Hell Energy, Ferrero, JDE, Henkel, Reckitt Benckiser, Ergopack, Perfetti Vam Melle, Food İmpire, Galina Blanka Foods, Konfitrade, Doshirak Rus, Kent, Hayat Kimya

Namizədə olan tələblər:

1. Qeyd edilən sahədə ən azı 3 il iş təcrübəsi ;
2. İnformatika, Kibernetika, Kompüter mühəndisliyi və.s sahəsində ali təhsil
3. Azərbaycan, rus dillərini bilməlidir;
4. MS Office,1 C proqramlarında mükəmməl işləmə bacarığı;
5. 1C proqramlaşdırma dilini bilməli;
6. Yaş həddi 25-40;

Vəzifə öhdəlikləri:

• 1C proqram təminatında yeni hesabat çap formalarının proqram təminatında yaranan nasazlıqların operativ şəkildə həll etmək.
• 1C proqram təminatında tələb olunan yeni sənədlər və hesabatlar yaratmaq.
• 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq.
• Müəssisənin struktur bölmələrinin məlumat ehtiyaclarını təhlil edir və istifadəçi hüquqları ilə təmin edir.
• İnformasiya şöbəsi tərəfindən təklif edilən program təminatını təkmilləşdirmək.
• Proqram təminatında dəyişikliklər üçün öz xidmətlərini təklif etmək.
• Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları tərtib və analiz etmək, yaranan problemləri imkan daxilində aradan qaldırmaq, əks halda müvafiq şəxs və ya quruma bu barədə məlumat vermək..
• Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək.
• Öz səlahiyyətləri daxilində məsələlər üzrə müəssisənin fəaliyyətnin təkmilləşdirilməsi, informasiya emalının təkmilləşdirilməsi üçün nəzarət edən struktur rəhbərinə təkliflər vermək; işçilərin (şöbə) fəaliyyəti barədə şərh vermək; Müəssisə (şöbə) çatışmazlıqların aradan qaldırılması variantını təqdim etmək.
• Öz fəaliyyətini yerinə yetirmək üçün lazım olunan zəruri informasiya və sənədləri öz adından və ya müəssisə rəhbərliyi adından müvafiq struktur bölmədən tələb etmək.
• Tapşırığın həlli üçün bütün (digər) struktur bölmələrin mütəxəssislərini cəlb etmək (əgər ona elə bir hüquq verilibsə əks halda nəzarət edən struktur rəhbərinin icazəsi ilə)
• Müəssisə rəhbərliyindən (və ya nəzarət edən struktur rəhbər) öz hüquq və vəzifələrini yerinə yetirmək üçün köməklik tələb etmək.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları:

CV –ni [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “1C Adminstrator” yazmaqla müraciət edilir

Sayt: www.aztrade.az