SMM üzrə Mütəxəssis

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 08.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“FORTİS GROUP” MMC SMM (Social Media Marketing) üzrə Mütəxəssis vakansiyası elan edir:

- SMM üzrə Mütəxəssis
- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

- Yaş həddi 22-45;
- Ali təhsilli olmalı;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- Rus dilini bilməsi mütləq, İngilis dili arzuolunandır;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- Komandada işləmək bacarığı;
- İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin Sosial media strategiyasını inkşaf etdirmək;
- Şirkətin korporativ saytının idarə olunması;
- Sosial şəbəkələrdə aktiv reklam fəaliyyətinin aparılması;
- Şirkətin sosial şəbəkələrdə təbliğatı (facebook, instagram, twitter və s.), kontentlərin yazılması, yayımlanması və kommentlərin vaxtı - vaxtında cavablandırılması;
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsini təmin etmək;
- Səhifə üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək;
- Şirkətin marketinq strategiyasının və kampaniyaların hazırlanmasında iştirak etmək;
- Yeni məhsullar və kampaniyalar ilə bağlı kreativ ideyaların verilməsi;
- Reklam kanallarının araşdırılması və seçilməsi;
- Sosial layihələrin aparılması;
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
- Sosial mediada baş verən ən son dəyişikliklər haqqında daim xəbərdar olmaq;
- Rəqiblərin aktivliyinin izlənilməsi;
- Müəssisənin və şöbənin reqlamentinə uyğun görülən işlərin nəticələrinə əsasən həftəlik, aylıq və illik hesabatları müdiriyyətə təqdim etmək.

Təminatlar:

- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
- Korporativ nömrə ilə təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “SMM üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Xanım namizədlərə üstünlük verilir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi