Satış təmsilçisi (bəy)

  • AZ-TEX MMC
  • Elanın qoyulma tarixi: 08.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZ-TEX MMC

(Nərimanov r., Ə.Rəcəbli 31/5)

Vakansiya: Satış təmsilçisi (bəy)

Tələblər:

- Ali və ya orta təhsil
- Yaş aralığı: 20-35
- Mətbəx avadanlıqları satışı üzrə 1 il iş təcrübəsi olanlara üstünlük verilir
- Rus dili və Komputer bilikləri olanlara üstünlük verilir

Şəxsi keyfiyyətlər:

- Kollektivlə işləmə
- Nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri:

- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək
- Bölmənin imicinin saxlanılması (səliqəlilik, vitrin və s.)
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena və s.).
- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək
- Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq
- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək
- Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı
- Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
- Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı.

İş şərtləri:

- İş vaxtı: 10:00-20:00
- İş günü: 6 günlük, həftədə 1gün istirahət
- Şirkət tərəfindən Uniforma və nahar verilir
- Əmək haqqı: 600azn

Şəkilsiz CV-lərə baxılmır
E - mail : [email protected]

AZ-TEX MMC tərəfindən digər vakansiyalar