Yük avtomobil sürücüsü

  • Company
  • Elanın qoyulma tarixi: 02.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Yük avtomobil sürücüsü.

İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 3-5 il.
Təhsil: Müvafiq sahə üzrə təhsil.
Yaş həddi: 25-45.

İşin Təsviri:

Yük avtomobilini idarə edir və yüklərin zamanında lazımi məntəqələrə çatdırılmasını təmin edir.

Vəzifə öhdəlikləri:

- Yük avtomobilini idarə etmək , yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;
- Mağaza və müştərilərə satış faktura və ya transfer sənədinin bir nüsxəsini verdikdə ona təhkim olunmuş möhürlə sənədi təsdiq etmək;
- Ərazidə olduğu zaman ərazidə baş vermiş texniki nasazlıq, DYP tərəfindən yaranan nöqsanlar və avto qəzalar haqqında dərhal müdiriyyətə məlumat vermək;
- Ona həvalə edilmiş şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Sürücü sənədləri anbar məxarici sənədləşdirilməsi mütəxəssisindən təhvil alan zaman, təhvil - təslim aktı ilə sənədləri yoxlayıb təhvil almaq;
- İdarə etdiyi avtomaşına kosmetik baxış keçirmək, avtomaşının sənədlərini yoxlamaq, bakda yanacağın səviyyəsini yoxlamaq və digər yoxlanışları aparmaq.

Tələblər:

- Komanda ilə işləmək bacarığı;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Minimum 3 il yük avtomobili sürücüsü vəzifəsi üzrə iş təcrübəsi;
- Müştərilərlə və kollektivlə ünsiyyət bacarıqları;
- Sərbəst ünsiyyət bacarığı;
- Müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Yük avtomobil sürücüsü” yazıb CV göndərərək müraciət edilir.

Company tərəfindən digər vakansiyalar