Ofis Meneceri

  • Elanın qoyulma tarixi: 02.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ofis Meneceri

Namizədə olan tələblər:

- Ali və ya natamam ali təhsil;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.;
- Ofis avadanlığını istifadə qaydalarını bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, operativlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifə öhdəlikləri:

- Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması
- Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
- Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi
- Ofis avadanlıqlarına mütəmmadi olaraq nəzarət edilməsi
- Ofisdaxili aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi
- İş görüşlərinin təşkili

Əmək şəraitinin şərtləri:

1. İş yeri Xırdalan şəhərində yerləşir
2. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
3. 6 günlük iş rejimi
4. Nahar şirkət tərəfindən təmin edilir

Xahiş edirik, mövzu hissəsində “Ofis meneceri” yazaraq, öz CV-lərinizi [email protected] e-poçt ünvanına göndərəsiniz.