Servis müdiri

İşin təsviri

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Servis müdiri

Tələblər:

- Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır);
- İş stajı :Servis sahəsində ən azı 2 il;
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.

Əsas vəzifələr:

• Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
• Servisdə yaranan problemlərin aradan qaldıırılmasını təmin etmək;
• Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
• Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Servis müdiri” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.12.2019

İşəgötürənin reytinqi