Elektron ödənişlərin inkişafı və ödəniş sistemləri ilə iş şöbəsinə şöbə müdiri

İşin təsviri

“ABB” ASC Elektron ödənişlərin inkişafı və ödəniş sistemləri ilə iş şöbəsinə şöbə müdiri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Beynəlxalq ödəniş sistemləri ilə emissiya və ekvayrinq sahəsində işlərin təşkil olunması;
 Bankın ekvayrinq şəbəkəsinin səmərəliliyini təhlil etmək, şəbəkənin effektivliyinin artırılması üzrə təkliflər vermək;
 Sponsor olunan banklar ilə işlərin təşkil olunması;
 Kart biznesinin inkişafı, müştəri bazasının genişləndirilməsi və xərclərin optimizasiyası üzrə təklifləri hazırlamaq;
 Kartların emissiyası və qəbulu sahəsində təkmilləşdirilmə işlərinin və yeni layihələrin icrasını təşkil etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
 MS Office proqlamları ilə işləmək bacarığı;
 Bu sahə üzrə minimum 3-5 il iş təcrübəsi;

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Elektron ödənişlər departamenti/Şöbə
müdiri” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az