Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 21.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

"PASHA Bank" ASC Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis vakansiyasını elan edir.

İŞ BARƏDƏ MƏLUMAT:

Əməliyyat və tənzimləyici risklərinin aşkarlanması, qiymətləndirilməsi və monitorinqinə cavabdehlik. Əməliyyat və tənzimləyici risklərin çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bütün səviyyələrdə bank üçün xarakterik əməliyyat və tənzimləyici risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə əməliyyat və tənzimləyici nöqteyi nəzərdən rəyin verilməsi
• Risk qiymətləndirmə, özünü nəzarət (RCSA) modelinin tətbiqi
• Risk və İnsidentərin idarə edilməsi sisteminin idarə edilməsi
• Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenarilərin analizi və stress testlərin keçirilməsi
• Əməliyyat və tənzimləyici risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
• Zəruri hesabatlıq və təqdimatların hazırlanması
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Əməliyyat Risklərinin İdarə edilməsi, Audit, Komplayns, Daxili Nəzarət sahələri üzrə minimum 2 il iş təcrübəsi
• Sertifikat: FRM, PRM üzrə sertifikatlı namizədlərə üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.12.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi