Sosial Media Marketinqi üzrə Mütəxəssis

İşin təsviri

Sosial Media Marketinqi üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Sosial media strategiyasını həyata keçirmək
• Bloq planlarını həyata keçirmək
• İnternet seminarlar və konfranslar üçün illik planları həyata keçirmək
• İnternet saytları və sosial qarşılıqlı əlaqə hesabları üçün kontent yazmaq və optimallaşdırmaq
• Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək
• Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək
• İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq
• Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq

Tələb olunan bilik və bacarıqlar:

• Vaxtın idarə olunması bacarıqları
• Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
• Biznes yönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, öz işini ümumi biznesin bir hissəsi kimi görmək, şirkət xaricində müsbət imic qurmaq)
• Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək)
• Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək)
• Müştəriyə diqqət (Daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərmək, dinləmək və anlamaq, razılaşdırılan çərçivədə çevik olmaq)
• Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
• Bazar tələbatlarına və trendlərə uyğunluq (Bazar tələbatlarını və trendləri bilmək, vaxtında təklif vermək, proaktiv olmaq, ehtiyacları qarşılamaq)
• Danışıqların aparılması (Digər tərəfi anlamaq, danışıqlar zamanı düzgün strategiya qurmaq, “win-win” yanaşmadan istifadə etmək)
• Şəbəkələrin qurulması (Digər tərəflərlə şəbəkə qurmaq, şirkətlərlə və fərdi şəxslərlə tanış olmaq və əlaqə yaratmaq)

Arzu olunan meyar və tələblər:

• Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
• Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür                                    
• IT şirkətində təcrübə əlavə üstünlükdür         

Təhsili: Kommunikasiyalar, marketinq, jurnalistika, multi-media və ya əlaqədar sahəsində bakalavr dərəcəsi

Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir

İş təcrübəsi: Sosial media marketinqi sahəsində1-3 il

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

Interested Candidates please send your CV with photo noting your salary expectation to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.