Baytar həkim

  • Atena Group CSC
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Baytar həkim

Vəzifə öhdəlikləri:

• İribuynuzlu heyvanları müayinə və müalicə etmək;
• Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
• İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək
• Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparmaq;
• Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
• Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək;
• Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparmaq, analiz üçün lazımi material götürmək və məhv edilməsinə nəzarət etmək
• Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək;
• Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil etmək;
• Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat vermək.

Namizədə tələblər:

Təhsil: Baytarlıq ixtisası üzrə ali təhsil
Təcrübə: Baytarlıq üzrə minimum 3 illik iş təcrübəsi
Cins: Kişi
İş yeri: Ağcab'di rayonu, Ağabəyli kəndi, Atena Aqro MMC-nin ferması
İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə təmin edilir.
İş qrafiki: I-VI
Əmək haqqı: 1000 manat

Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Atena Group CSC tərəfindən digər vakansiyalar