Hüquqşünas

  • General Supply
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması bizim tərəfimizdən optimal şəkildə həyata keçirilir. Biz, bütün nəqliyyat vasitələrinə yüklərin yüklənməsi və daşınması, gömrük rəsmiləşməsi, texnikaların icarəsi xidmətlərini təklif edirik. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərməyimiz bizə stabil və davamlı uğur qazandırır.

Hüquqşünas

Əsas vəzifə öhdəlikləri:

- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

Namizədə qarşı tələblər:

- Ali hüquqi təhsil
- Azərbaycan dili, İngilis dili əla səviyyədə, Rus dili orta səviyyədə
- Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;
- Korporativ Hüquq sahəsində minimum1 il iş təcrübəsi.
- Analitik düşüncə
- Problem həll etmə bacarığı

Əmək haqqı : 600 AZN

Xahiş edirik ki, müraciətinizi mövzu yerinə Hüquqşunas yazaraq, [email protected] elektron ünvanına göndərin.