ERP üzrə mütəxəssis

  • Metak
  • Elanın qoyulma tarixi: 13.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

ERP üzrə mütəxəssis

İşin təsviri:

• ERP proqramlarında işləmə, modul yazma və dəstək;
• Proqram modullarının xidmət sahələrinə tətbiqi;
• Yaranan problemlərin tez bir zamanda həll olunması.

Namizədə tələblər:

• Yaş həddi: 25 - 35
• Ali təhsil;
• Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);
• SQL, JavaScript, HTML5, CSS3, .NET bilikləri;
• ERP Database infrastruktur bilikləri;
• Rus və ingilis dillərini bilməli (texniki).

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=103 və ya [email protected] ünvanına göndərərək, 14.12.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.