Hesabatlıq şöbəsinin mütəxəssisi

  • UNINET MMC
  • Elanın qoyulma tarixi: 13.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“UNINET” MMC

Vəzifə: Hesabatlıq şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

• Yaş: 20-35
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi: 3 il, BİG4 təcrübəsi daxil olmaq şərti ilə.
• Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus (üstünlük verilir)
• Kompyuter bilikləri: MS Office-əla

Əsas vəzifə öhdəlikləri:

• Aylıq hesabatların beynəlxalq standartlara (İFRS) uyğun hazırlanması.
• Xarici Auditə sənədlərin təqdim olunması və audit rəyinə əsasən düzəlişlərin edilməsi.
• Xarici audit üçün hesabatların yığılması və onlara təqdim olunması.
• Auditorlar üçün əsas əlaqələndirici şəxs qismində çıxış etmək.
• Maliyyə prezentasiyalarının hazırlanması.
• Tələblər daxilində İdarəetmə və İdarə Heyətlərinə hasabatların hazırlanması və təqdim olunması.
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının -hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
• Aylıq hesabatların aparılması
• Kassa və bank əməliyyatlarının aparılması
• Əmək haqqı hesabatlarının hazırlanması
• Kreditorlarla üzləşmələr
• Debitor hesabatların aparılması
• E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 1000-1300 AZN (Net)

E-mail-in “subject” bölməsində “Hesabatlıq şöbəsinin mütəxəssisi “ yazmağınız mütləqdir.

E-mail: [email protected]

İşəgötürənin reytinqi