Hüquqşünas

  • Elanın qoyulma tarixi: 12.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BESAN MMC

Hüquqşünas

İş barədə məlumat

• Müqavilələr, həmçinin əmək müqavilələrinin və digər rəsmi sənədlərin hazırlanması və yoxlanılması
• Səhmdarların (iştirakçıların) ümumi yığıncağının və müşahidə şurası qərarlarının protokollaşdırılması
• Hüquqi sənədlərin qeydiyyatının aparılması
• Şirkətin fəaliyyəti ilə əlaqədar tələb olunan icazə, lisenziya və razılıqların alınması ilə bağlı hüquqi dəstək göstərilməsi
• Məhkəmə və digər dövlət orqanlarına müvafiq sənədlərin hazırlanması, məktubların cavablandırılması
• İşəgötürənin hüquqlarının məkhəmələrdə, hökümət orqanlarında və fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi
• Şirkətə daxil olan bütün hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların, tələb olunan hər hansı hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi.
• İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərlə danışıqların aparılması və hüquqşünas vəzifəsinə aid olan hər hansı digər tapşırıqların və göstərişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

- Əmək haqqı: 500 AZN
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək

Tələblər

- Ali hüquq təhsil (yalnız xanım namizədlər)
- Yaş həddi: 25 - 45 yaş
- Hüquq sahəsində 3-5 il iş təcrübəsi
- Kompyuter proqramları üzrə biliklər
- Analitik düşüncə
- Səliqəli və punktual olmalı
- Komandada işləyə bilmək və insanlarla yazılı və şifahi ünsüyyət qurma bacarığının olması
- Təşəbbüskar, kommunikativ
- Yaradıcı düşünə bilmək
- Dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.