Elektrik mühəndisi-layihəçi

  • Elanın qoyulma tarixi: 12.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Elektrik mühəndisi-layihəçi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 10 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 32-45

Vəzifə öhdəlikləri:

- Elektirik layihələrinin hazırlanmasında iştirak etmək və ya layihələndirmək
- Layihələndirmə zamanı yerli və beynəlxalq norma və qaydalara uğun səmərəli təkliflərin hazırlamaq
- Layihələndirmə və tikinti üçün normativ materialların işlənib hazırlanmasında iştirak etmək
- Elektirik cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək
- Layihənin elektirik bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq
- Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgün və səmərəli təkliflər hazırlamaq və sifarişçi ilə müzakirələr aparmaq
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihənin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativi əsas tutmaqla hesabatlar aparmaq
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikinti-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsinə, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq, məmulat və materialların müəyyən edilməsi proseslərində iştirak etmək
- Layihə işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlamaq
- Subpodrat təşkilatlara texniki tapşırıqlar işləyib hazırlamaq və tapşırıqların icrası üçün onları lazımi məlumatlarla təmin etmək
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək
- Layihənin digər hissələri ilə elektrik hissəsinin uzlaşdırmasını, lazımi texniki sənədlərin komplektliyini, layihələndirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək
- Elektrik avadanlıqlarının quraşdırılması və onların testinin aparılmasında iştirak etmək
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək

Tələblər:

- Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD (əla səviyyədə)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Elektrik mühəndisi-layihəçi” yazmaqla müraciət edilir.