Satınalma müdiri

  • Elanın qoyulma tarixi: 12.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Satınalma müdiri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Satınalma müdiri kimi 5 il, satınalma üzrə cəmi 10 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 32-55

İşin Təsviri:

Şirkətin üçün tikinti materialları, avadanlıqları və s. satın alınması və çatdırılması proseslərinin həyata keçirilməsini təmin edir.

Vəzifə öhdəlikləri:

- Daxil olan sifarişlərin icra olunmasını təmin etmək;
- Daxil olan satınalma sifarişlərinin qəbulu, qiymətləndirilməsini yoxlamaq;
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında təmin edilməsinə nəzarət etmək;
- Təchizatçı firmalarla danışıqların aparılmasına nəzarət etmək, yekun şərtlərin müəyyən edilməsi və müqavilənin bağlanmasında iştirak etmək;
- Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
- Sifarişin qəbulundan, malın çatdırılması, xidmətlərin icrası, prosesə nəzarət və tədarükçülərə ödənişlərin icra olunmasınadək olan satınalma prosesinin tam sənədləşdirməsi və icrasını nəzarətdə saxlamaq;
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək.

Tələblər:

- Azərbaycan, rus, türk və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- ERP proqram biliyi

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Satınalma müdiri” yazmaqla müraciət edilir.