Logistika üzrə kiçik mütəxəssis

İşin təsviri

İş yeri: Kürdəxanı qəsəbəsi, Pirşağı şosesi, Döngə 1 

Vəzifə: Logistika üzrə kiçik mütəxəssis

Əmək haqqı: 400 - 600 AZN
Yaş həddi: 22-30

İşin təsviri:

 Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili;
 Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analiz edilməsi;
 Məhsulların xaricdən sifarişinin təşkili, nəqliyyatın idarə olunması, anbara məhsulun çatdırılması;
 İdxan bəyannamələrinin işlənilməsi;
 Çatdırılma sifarişinin emal edilməsi və daxil olan/çıxarılan mal üçün qaimənin verilməsi prosesinin idarə olunması;
 Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırması;
 Malların müqavilələrdə nəzərdə tutulmuş vaxtda təslimini təşkil edir;
 Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq düzgün və zamanında yerinə yetirmək.

Tələblər:

 Ali təhsil
 Logistika sahəsində Minimum 1 il iş təcrübəsi
 Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point) olmalı
 Rus və ingilis dilini yüksək səviyyədə bilmək;
 Analitik təfəkkür
 İnkişafa meyillilik

İş qrafiki:

- Həftə içi 5 gün saat 09:00 -18:00 , şənbə günü 09:00-13:00

Maraqlanan namizədlər mövzu yerində “Logistika üzrə kiçik mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.