Art direktor

  • Dizaynov studio
  • Elanın qoyulma tarixi: 07.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dizaynov” studiyası ümumi dizayn həlləri, veb saytlar və sosial media kanalları üçün reklam və məzmun istehsalına nəzarət və idarə edən Kreativ Art direktor axtarışındadır!

Vəzifə öhdəlikləri:

• Müştəri və layihə tələblərini yönləndirmək;
• Məhsul və ya xidmətlərin texniki xüsusiyyətlərinə yenilik tətbiq etmək;
• Effektiv reklam kampaniyaları hazırlamaq və inkişaf etdirmək;
• Sosial media fəaliyyətlərini planlaşdırmaq və müntəzəm məzmun istehsalını təmin etmək;
• Rəqabətli markaların araşdırılması və bazar tendensiyalarının izlənməsi;
• Şirkət səmərəliliyini artırmaq üçün təkliflər vermək.

Tələblər:

• Qabaqcıl yaradıcılığa sahib olmaq;
• Əməkdaşlıq və komandada işləmək bacarığı;
• İdarəetmə və liderlik keyfiyyətlərinə sahib olmaq;
• Problemlərin optimal həlli yollarını müəyyənləşdirmək;
• Reklam/qrafik vizuallaşdırma sahəsində iş təcrübəsi, rəqəmsal vizual formatların hazırlanması ilə bağlı təcrübə.
• Qrafik dizayn proqramlarında işləmək bacarığı.

CV-lərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində  Art Direktor göstərməyiniz xahiş olunur.