SMM mütəxəssis

İşin təsviri

“SALAM Tourizm & Travel” “SMM mütəxəssis” vəzifəsinə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkələrdə iştirakı üçün strategiya hazırlamaq;
• Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, saxlanılması və inkişafı, media planlarının hazırlanması;
• Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və bölüşdürülməsi;
• Qrupları və icmalarında məzmunu (mətnləri, fotoşəkilləri, videoları, audio) axtarma və paylaşma;
• Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
• Hədəf auditoriyanı cəlb etmək, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayını artırmaq;
• Şirkətin baxışlarının monitorinqi, suallara cavablar;
• Reklam kampaniyalarının effektivliyinin, SMM-promosyonunun təhlili;
• Rəqiblərin SMM fəaliyyətinin təhlili və analitik hesabatların hazırlanması.

Əsas tələblər:

• Əla Kompüter bacarığı - MS Office;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı
• Sosial şəbəkə təcrübəsi və sosial analitik alətlərinin bilikləri

Şəxsi keyfiyyətlər:

• İşində məsuliyyətli
• Komanda oyunçusu.

İş qrafiki : 6 iş günü
Əmək haqqı: 400-600AZN

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə “ SMM mütəxəssis” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 30 Noyabr 2019

SALAM Tourism & Travel tərəfindən digər vakansiyalar