Reception

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 04.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Reception

Namizədə olan tələblər

• İnsanlarla münasibətlərində uğurlu, gülərüz və pozitiv olmalı,
• Həll yönümlü, səbirli, inandırıcı və güclü təmsilçililik;
• Müştərilərə mükəmməl xidmət göstərmək, o cümlədən yazılı və şifahi ünsiyyət,
• Xarici görünüşünə diqqət göstərən, səlis nitqli, qadın namizədlər
• Ofis proqramlarından istifadə etməli,
• Planlaşdırma və təşkilatçılıq bacarıqlarına sahib olmaq,
• Məsuliyyət və intizam sahibi olmaq,

Vəzifə üzrə tələblər

• Qonaq və ya müştəriları qarşılamaq,
• Təşkilatın məhsulları və ya xidmətləri barədə məlumat vermək,
• Qonaqları müvafiq şəxsə, ofisə və ya otağa yönəltmək,
• Prosedurları nəzarətdə saxlayaraq uçotun aparılması və qonaqlar üçün kartlarının verilməsi,
• Daxil olan telefon zənglərinə cavab verilməsi və yönləndirilməsi,
• Görüşlərin planlaşdırması və ləğv edilməsi,
• Məktub və bağlamaların qəbul olunması ,aidiyyəti şəxslərə çatdırılması,
• Müəssisənin təhlükəsizliyinin qorunmasında iştirak etmək,
• Qonaqların giriş və çıxışlarına nəzarət etmək,
• Qonaq və ya müştəri məlumatlarını kompüterdə saxlamaq
• İş sahəsinin hər zaman təmiz və səliqəli olmasını təmin etmək,
• Müştərilərə problem və şikayətlərini həll etməyə kömək etmək.

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar və telefon xərcləri ödənilir
• Əmək haqqı müsahibə əsasında razılaşdırılacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Reception” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.