Anbardar

  • Dynamex MMC
  • Elanın qoyulma tarixi: 04.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DYNAMEX Məhdud Məsuliyyətli Cəmiyyətinə işçi tələb olunur:

Anbardar

• İşçinin qarşısında duran əsas məsələ yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;
• İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək:
• İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
• Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
• Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
• Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
• Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
• Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
• Yükün qablaşdırılmasına diqqət yetirmək;
• Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
• Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
• Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
• «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;
• Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
• İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin məlumat üzrə operatoruna vermək;
• Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
• Ofis proqramlarını (excel,Word)bilməli.

Əmək haqqı 400-450 AZN

CV-ləri Anbardar mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.