Tibb bacısı

İşin təsviri

"Respublika Müalicəvi Diaqnostika Mərkəzi" ASC  “Tibb bacısı” (Ümumi Anesteziologiya və Reanimasiya şöbəsi) vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə və öhdəliklər:

• Tibb bacısı həkiməqədər tibbi yardımı göstərir.
• Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirir.
• Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir.
• Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik edir.
• Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparır.
• Həkim təyinatının yerinə yetirilməsinin təmin edir və s.

Şəxsi keyfiyyətlər:

Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar

Tələblər:

• Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
• İxtisası üzrə ən azı 3 il əmək stajına malik olanlara üstünlük veriləcək
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır.
• Yaş həddi: 18-40+
• Dil bilikləri: Azərbaycan və rus
• MS Office kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür.

İş qrafiki:

• Saat 08:00-20:00
• Çoxnövbəli iş rejimi
• Əməkhaqqı: 400 AZN baza maaşı+gecə növbələrinə görə

Maraqlananlar CV-lərini [email protected] ünvanına “mövzu” yerində “Tibb bacısı” qeyd edərək göndərə bilərlər.