Əsas vəzifələr:
• Mövcud biznes proseslərin təhlili, təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
• Biznes proseslərin xəritəsinin hazırlanması (blok-sxeminin hazırlanması);
• Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək göstərilməsi;
• Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
• Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
• Biznes proseslərin dəyişdirilməsi üzrə ehtiyacların müəyyən edilməsi məqsədi ilə struktur bölmələrlə komunikasiya qurulması;
• İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Yüksək ünsiyyətqurma və əməkdaşlıq qabiliyyəti;
• Texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
• Müştəri xidmətləri, kredit, plastik kartlar və əmanət məhsulları barədə biliklər;
• Bank qanunvericiliyini yaxşı səviyyədə bilmək;
• Bank əməliyyat sisteminin qurulması zamanı layihədə iştirak təcrübəsi arzuolunandır;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Proseslər” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33