Filial müdiri

  • Birkart BOKT
  • Elanın qoyulma tarixi: 29.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Birkart BOKT” MMC namizədləri Filial müdiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;

Tələblər

• Ali təhsil;
• Bank və yaxud BOKT üzrə minimum 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

CV-lərinizi " Filial müdiri Bokt " başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!