İşəgötürən: Azerbaijan Flowers Company
Vəzifə: Satış meneceri
İşin təsviri:
Satış və marketinq strategiyasının hazırlanması
Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
Yeni müqavilələrin bağlanması,movcud müqavilələrin yenilənməsinə nəzarət;
Tələblər:
Ali təhsil.
Rus və İngilis dili biliyi
Satışın qaydaları, əsasları və strukturu barədə biliklər
Müvafiq sahə üzrə iş təcrübəsi: 4-5 il
Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər
Aktiv və çalışqan
Sürücülük vəsiqəsi: B
Maraqlanan namizədlər mövzu yerində “Satış meneceri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.