Baş mühasib

İşin təsviri

Səba” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirən “Qarabağ Taxıl” MMC -yə BAŞ MÜHASİB tələb olunur . Müəssisə ölkənin 5 rayonunda – Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Əkiçilik şirkətlər qrupu 5 törəmə müəssisəsidən ibarətdir.

“Qarabağ Taxıl” MMC vakansiyası - Baş mühasib

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti.
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək.
• Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinənəzarət etmək.
• Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
• Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
• 1C Proqram təminatında işləmə bacarığı
• Stresədavamlı, tələbkar, məsuliyyətli;
• Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.
• İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır.

İş şəraiti:

• İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
• İstirahət: Bazar günü;

Əmək haqqı:

Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur : 2500 – 3500 AZN

Əlaqə nömrəsi : +994 12 446 16 01
Email: [email protected]
Əlaqəli şəxs: Ruslan Behbudov

Qarabağ Taxıl MMC tərəfindən digər vakansiyalar