Proqram Kordinatoru

  • Baku IdeaLab
  • Elanın qoyulma tarixi: 24.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baku İdeaLab Proqram Kordinatoru üzrə vakansiya elan edir.

Koordinator Baku İdeaLab-ın proqramlarının qoyulmuş məqsədlərinə effektiv çatması üçün proqram menecerləri ilə birgə calışacaq və layihələrin vaxtında və büdcəyə uyğun olaraq həyata keçirilməsinə dəstək verəcək.

ƏSAS ÖHDƏLİKLƏRİ

• Baku İdeaLab-ın proqram komandaları ilə birgə çalışaraq proqramların uğurlu həyata keçirilməsində dəstək vermək;
• Baku IdeaLab-ın proqramlarının fəaliyyətinin izlənməsi və onlara dair daxili həftəlik hesabatların hazırlanması;
• Həftəlik və rüblük proqramların icrası ilə bağlı planların hazırlanması və təqdim edilməsi;
• Proqramların fəaliyyət planına uyğun həyata keçirilməsinə nəzarət edilməsi və icra olunan proqramlar barəsində həftəlik hesabatların hazırlanması;
• Proqramların monitorinqinin aparılmasında iştirak;
• Proqramlar üzrə sənədləşmə və arxiv işlərinin aparılması;
• Proqramların xarici hesabatlarının hazırlanması;
• Proqram və kommunikasiya komandaları ilə əlaqə yaradaraq proqramların kommunikasiya planının həyata keçməsinə dəstək olmaq;
• Yeni proqramların inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak etmək;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

• Təhsil: Ali;
• Sosial sahədə proqramların idarə edilməsində minimum 1 illik təcrübə;
• Texniki biliklər: Microsoft Office (Word, Excel, Power Point);
• Təşkilati və analitik bacarıqlar;
• Əla səviyyədə ingilis dili;
• Hesabatların yazılması;
• Öz öhdəliklərini sərbəst şəkildə həyata keçirə bilmək.

Müraciət üçün son tarix: 31 oktyabr

Maraqlanan şəxslər öz CV və motivasiya məktublarını [email protected] ünvanına “Proqram Koordinatoru” başlığı ilə göndərmələri xahiş olunur. Yalnız ilk mərhələdən keçən şəxslər ilə əlaqə saxlanılacaq.

Baku IdeaLab” 2018-ci ildə təsis edilmiş innovativ laboratoriyadır. “Baku IdeaLab”-ın əsas məqsədi sosial müsbət dəyişiklik etmək istəyən gənc fərdlər və təşəbbüslər üçün daha yaxşı mühit yaratmaqdır. Baku IdeaLab bu məqsədləri həyata keçirmək üçün i) mövcud gənc təşəbbüslərin bacarıqlarının inkişaf etdirilməsinə və yeni təşəbbüslərin yaranmasına dəstək verir; ii) sosial təsir üçün özü bir sıra fəaliyyətlər həyata keçirir; iii) şəbəkə yaratma tədbirləri və müxtəlif seminarlar vasitəsi ilə sosial düşüncəli insanlar və təşəbbüslər arasında icma formalaşdırılmasına çalışır.