Qiymətləndirmə və Motivasiya şöbəsinin mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 23.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan Resurslarının İdarə Edilməsi departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bank əməkdaşlarının bonus hesablanmasının həyata keçirilməsi;
• Əməkdaşların fəaliyyət göstəricilərinin təhlili;
• Motivasiya sisteminin hazırlanması üçün təkliflər verilməsi.

Tələblər:

• Analitik düşünmə qabiliyyəti;
• Rəqəmlərlə iş bacarığı;
• Kompyuter biliyi: yaxşı səviyyədə MS Office bilikləri ( Excel xüsusi ilə);
• Statistikanın əsas anlayışları barədə məlumatlı olmaq;
• Bank sahəsində  1 il iş təcrübəsi ( yalnız aparıcı mütəxəssis üçün).

CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi