Mentor (Tech English / Digital Literacy)

  • Code Academy
  • Elanın qoyulma tarixi: 20.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Mentor (Tech English / Digital Literacy)

İşin təsviri:

Tech English / Digital Literacy tədris müddəti boyunca dərslərdə tam şəkildə iştirak edib tələbələrə mövzularla bağlı əlavə dəstək göstərmək, əlavə məşğələ saatlarının təşkili və icrasını həyata keçirmək, tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək, tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək.

Təcrübə proqramı ödənişlidir.

Biz sizə həftədə 5 günlük, gündə 3 saatlıq iş rejimi təklif edirik.

İş saatları: 19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə:

- Hər yaş qrupu ilə işləyə bilmək
- Qrup və individual yanaşma bacarığı
- Müəllimlik işini sevmək
- İngilis dilini bacarıqları mütləqdir
- Pedaqoji təhsil mütləqdir

Axtardığımız qabiliyyətlər:

- Məsuliyyətlilik
- Tələbənin sual verməsini təşviq edə bilmək
- Ünsiyyətcililik
- Gülərüzlülük
- Səbirlilik
- Öyrənməyə açıq olmaq
- Öyrətməyə həvəsli olmaq
- Özünəinam

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə 20% endirimlə giriş imkanı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz rezümelərini göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq.