Sosial media marketinq üzrə mütəxəssis

  • General Supply
  • Elanın qoyulma tarixi: 17.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza Sosial media marketinq üzrə mütəxəssis vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Youtube və s.) ilə işləmək;
• Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
• Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
• Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
• Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
• Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
• Bütün SMM kanallarına nəzarət etmək;
• Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək.

Namizədə qarşı tələblər:

• Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
• Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
• Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
• Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
• Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi
• Sərbəst özünə güvənən
• Səlis danışıq
• Dillər: Azərbaycan, rus, İngilis
• İş stajı 1 ildən çox

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sosial media marketinq üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.