Elektrik layihəçi

  • Gilan Pivot LLC
  • Elanın qoyulma tarixi: 15.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Gilan Pivot LLC

Vəzifə: Elektrik Layihəçi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

İŞİN TƏSVİRİ:

• Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq
• Suvarma sistemləri üçün konsept elektrik layihələrinin hazırlanması
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq
• Transformatorlar, reaktiv güc kompensatorlarının seçilməsi
• Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək
• Yerüstu yüksək gərginlikli və yeraltı aşağı gərginlikli elektrik xətlərinin hesablanması
• Nasos aqreqatları üçün elektrik mühərriklərinin seçilməsi
• Nasosxana daxili elektrik xətlərinin hesabatı və layihələndirilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək
• Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək
• Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək
• Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr)
• Müvafiq ixtisas üzrə 2 il iş təcrübəsi
• Güc transformatorları (ilkin hesabat və mexaniki dizayn) haqqında biliklərinin olması
• Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı
• Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
• Normativ və Texniki sənədlərlə işləmək bacarığı
• MS office, Auto Cad, proqramlarında işləmək bacarığı
• Dil bilikləri: Azərbaycan – əla, Rus - əla, İngilis - orta
• Ezamiyyə imkanları
• İşə planlı yanaşması
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün şəkilli CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik layihəçi” Mövzu bölməsində göstərin.