Marketinq və PR üzrə mütəxəssis

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 13.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Hal-hazırda “Melissa Group”-da yeni vakansiya mövcuddur:

Vəzifə: Marketinq və PR üzrə mütəxəssis

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə təlimatları:

• Press-relizlərin yazılması, video və audio reklam çarxları üçün mətnlərin yazılması;
• Sosial media hesablarında paylaşılması üçün yaradıcı marketinq mətn və reklam sloqanlarının, məqalələrin hazırlanması, mövcud mətnlərin redaktə edilməsi;
• İnternet və sosial şəbəkələr haqqında gündəlik məlumatların toplanması; aktual mövzuların izlənməsi və onlara uyğun yaradıcı məzmunların hazırlanması;
• Korporativ sayt üçün kontentlərin yazılması;
• PR kanallarının düzgün seçilməsi;
• PR və reklam işlərinin aparılmasında iştirak olunması;
• Mətbuatla (yerli reklam firmaları, jurnal və e-qəzet, o cümlədən ictimai media ilə) əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
• KİV-ə və ictimaiyyətə təqdim edilməsi üçün mətnlərin hazırlanması;
• Şirkət və məhsulları haqqında məlumatların hazırlanması;

Namizədə dair tələblər:

• Müvafiq sahədə təhsilin ali və ya magistr dərəcəsi;
• PR və marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi
• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• İnternet və sosial şəbəkələr haqqında məlumatlı olmalı;
• Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində ilkin biliklər;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Səlis və aydın nitqi, fikrini düzgün ifadəetmə qabiliyyəti;
• Səbrli və məsuliyyətli olmalı;
• Yaş həddi: 23-35.

CV-lərinizi [email protected] ünvanına "marketinq mütəxəssisi" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi