Digital Marketing Manager

İşin təsviri

1997-ci ildən fəaliyyət göstərən “BSC” Consulting və Outsoursing şirkəti Digital Marketing Manager vakansiyası elan edir.

Digital Marketing Manager

İş funksiyaları:

- Rəqəmsal marketinq işlərinin idarə olunması, e-poçt və görüntülü reklam kampaniyaları daxil olmaqla rəqəmsal marketinqa aid bütün istiqamətlərə nəzarət edilməsi;
- Keçiriləcək kampaniyalara aid büdcənin hazırlanması və izlənilməsi;
- Sosial media platformalarının planlaşdırılması və idarə edilməsi;
- Rəqəmsal Marketinq fəaliyyətinə dair hesabatların hazırlanması;
- Rəqəmsal Marketinq nəticələrinin yaxşılaşdırılması üçün reklam və media mütəxəssisləri ilə işin aparılması;
- Biznesə təsir edən ən son texnologiyalarının müəyyənləşdirilməsi;
- Veb saytın trafikinə, xidmət kvotalarına və hədəf auditoriyasına təsir edən amillərin qiymətləndirilməsi;
- Azərbaycan və regional bazarın araşdırılması ,trendlərin müəyyənləşdirilməsi.

Namizədə olan tələblər:

- Marketinq və ya müvafiq sahə üzrə ali təhsil;
- Rəqəmsal marketinq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- SEO və SEM üzrə biliklər;
- Müxtəlif sosial media platformaları, veb sahəsində dərin analitik biliklər;
- Yüksək analitik qabiliyyətlər və yaradıcılıq;
- Komandada işləmək,təqdimat aparmaq,stressə davamlılıq və təhlil etmək bacarığı;
- Psixologiya,filologiya və humanitar elmlər sahəsində geniş dünyagörüşünün olması

Biz Sizə nə təklif edirik:

• Peşəkar, mehriban komandada iş;
• Etibarlı şirkətdə karyera qurmaq imkanları;
• Professional və maddi artım üçün perspektiv;
• Əmək haqqı müsahibə zamanı danışılacaq;
• İş qrafiki 9:00-18:00.

Maraqlanan şəxslər CV-lərini məzmunda " Digital Marketing Manager " qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.